Axtarış...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,58 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,77 dollar/barel azdır.

Millitv.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,8 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel azdır.



Şərh yaz