Axtarış...

Məqalə Təkzib olundu : “AAAF Park”da mafiya hesablaşması - Tofiq Heydərovun bacısı oğlu hansı klana meydan oxuyur?

Təkzib Yazı

Millitv.az informasiya xəbər portalı olaraq bildiririk ki, 12 yanvar 2019 - cu il tarixində “AAAF Park”da mafiya hesablaşması - Tofiq Heydərovun bacısı oğlu hansı klana meydan oxuyur? başlığlı məqaləni 11 yanvar 2019 - cu il tarixində PİA.az xaəbər saytına dərc olunduqdan sonra həmən sayta istinad edərək məqalə Millitv.az saytında yaşımlamışdır.Hörmətli izləyicilər bildirmək istəyirik ki,məqalə bir çox xəbər saytlarında dərc edilsədə qarşı tərəfin Millitv.az saytına məqalənin dərc olunması ilə bağlı hər - hansı bir iradı olmamışdır.

Təkzib məlimatı

İzləyicilərimizə Bildirirmək istəyirik ki, 2019 - cu ilin fevral ayında yasamal rayon məhkəməsindən Millitv.az saytına gələn bildirişdən sonra məqalənin həqiqəti əks etdirib etdirməməsi barədə başlanan məhkəmə araşdırılmasında müəyən edildi ki, yazılmış məqalə bir çox kütləvi informasiya vastələrində yayılmasına baxmayaraq həqiqəti əks etdirmir.Bizdə Millitv.az xəbər sytı olaraq məqalənin həqiqəti əks etdirməməsini bildiririk və məqalədə adı keçən şəxslərdaən üzür ustəyirik.

Onuda bir daha nəzərinizə çatdırırıq ki, məqalə PİA.az saytına istinad edilərək Millitv.az xəbər saytında yayılmışdır.



Məqalə aşağıdakı kimi dərc edilmişdi.

Məqalə Təkzib olundu  :   “AAAF Park”da mafiya hesablaşması - Tofiq Heydərovun bacısı oğlu hansı klana meydan oxuyur?

Bir zamanlar təmtəraqla tanıdılan, Xırdalanda “şəhər içində analoqsuz şəhər” kimi təqdim edilən “AAAF Park” yaşayış kompleksinın adı artıq uzun müddətdir, problemlər və hətta kriminalla assosiasiya olunmaqdadır

Anar Əlizadə adlı “Facebook” istifadəçisi sosial şəbəkəsdəki səhifəsində “AAAF Park” yaşayış kompleksinin daxili nüfuz müharibələri barədə yazı paylaşıb.

Millitv.az PİA.AZ saytına istinadən həmin yazını təqdim edir:


“Təəssüf ki, bu gün “AAAF Park” yaşayış kompleksi sakinlərinin ən müxtəlif məsələləri əhatə edən şikayətləri yerli medianın müntəzəm gündəmə gələn mövzularından birinə çevrilib. Problemlər isə o qədər çoxdur ki, onları konkretləşdirib ayırmaq asan deyil. Qısacası, sahiblərinin “Xırdalanın cənnəti” epiteti ilə “bəzədikləri” “AAAF Park” haqqında müsbət fikir söyləmək imkansız hala gəlib. Yeni il gecəsi belə kompleksdəki binalarda işıqların kəsilməsi isə qeyd olunan neqativlərin “akkord”u sayıla bilər.

Sakinləri problemlər məngənəsindən buraxmayan “AAAF Park”ın adı yenə gündəmdədir və bu dəfə məsələ heç də məişət xarakterli deyil. Söhbət “AAAF İnşaat” MMC-nin sahibi Tofiqin Heydərovun bacısı oğlu Ruslan Xanverdiyevin “AAAF Park” ərazisində kriminal şəbəkə formalaşdırmasıdır.

Bununla bağlı daxil olan məlumatlara görə, R.Xanverdiyev mərhum kriminal avtoritet Rövşən Lənkəranskiyə simpatiyasını heç vaxt gizlətməyib və kriminal şəxsin Abşerondakı ən yaxın adamlarından biri Ruslana məxsus idman zallarında bir müddət məşqçilik edib və daha sonra narkotik ittihamı ilə həbs olunub. Ancaq bu Xanverdiyevin “delo”sunda xırda bir detaldır. “Delo”su “zəngin” olan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan bu şəxsin adıçəkilən Federasiyanın prezidenti Cahangir Hacıyev (AZAL-ın rəhbəri) və mərhum prezident Heydər Əliyevin nəvəsi Azərlə (Sevil Əliyevanın oğlu) olan fotoşəkillərindən qarşı tərəflərlə dialoq zamanı şantaj məqsədi ilə yararlanmaqdan çəkinmədiyi bildirilir.
Hazırda Ruslanın Lotu Qulinin yaxınları ilə “salam-kəlam” etdiyi, özünə Gürcüstandan yeni ortaq tapdığı da bildirilir.
Onun yeni şərikinin tikinti sektorunda “Aqlay Arif” kimi tanınan şəxs olduğu bildirilir.

“AAAF Park”da gəzən söz-söhbətlərə görə,“AAAF İnşaat” MMC-nin sahibi Tofiq Heydərov da Ruslanın bu xidmətlərindən yararlanır və vacib “ayırdetmələr”i məhz ona həvalə edir. Qeyd olunur ki, özünün lazımlılığını başa düşən “razborşik” hətta Heydərovun özünü də qızışdıraraq, yanlış səmtə istiqamətləndirməyi bacarır və ona əlavə düşmənlər qazandırır.

Yayılan xəbərlərə görə, Heydərovla cənub zonasının çox tanınmış “ağsaqqal”larından biri ilə “razborka”sında da birincinin adından məhz həmin şəxs iştirak edib. O baxımdan, bütün gərgin məsələlərdə önə verilən “razborşik”in Tofiq Heydərov üçün əhəmiyyəti “Ruslanı mən saxlamasam, onu dəlik-deşik edərlər” sözlərindən bəllidir.

Ancaq “AAAF Park”da at oynadan sadəcə Xanverdiyev də deyil. “AAAF Park”ın Xırdalanda bina tikdiyi bir çox torpaq sahələrinin sahibi də ərazidə qoçu dəstəsi saxlayır. Bəzən bu qruplar kəllə-kəlləyə gəlir, bəzən isə birləşib sakinlərə divan tuturlar.

Qısacası, kriminal xarakter alan “AAAF”daxili nüfuz müharibələrinin “çanağı” sakinlərin başında çatlayır. Çünki yaşayış kompleksinin çoxsaylı problemlərini həll etməli olanların başı hansı yolla olur-olsun, öz maddi sərvətlərini artırmağa qarışıb. Təəssüf ki, kriminal “razborka”ların qarşısı alınmasa, “AAAF Park” “lotu cənnət”inə çevriləcək… Elə Tofiq Heydərovun “mən prezidentin yerinə olsaydım” sözləri də vaxtilə iş adamı kimi ortaya çıxan bu şəxsin getdikcə, jarqonunun dəyişdiyini göstərir”.(Pia.az)


Daha çox xəbər

Şərh yaz