Axtarış...

Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək

Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək.

Millitv.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İtaliya hökumətinin Avropa Komissiyasına təqdim etdiyi Enerji və iqlim üzrə Milli Planın layihəsində deyilir.

Sənəddə deyilir: "İtaliyaya 8,8 milyard kubmetrə yaxın qaz idxal etməyə imkan verəcək və buraxılış gücünün illik 10 milyard kubmetrədək artırılması imkanına malik TAP 2020-ci ildə istifadəyə veriləcək".

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.


Daha çox xəbər

Şərh yaz