Axtarış...

Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubunda

Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubunda

Almaniyanın Regional Liqa təmsilçisi "Ştralen" klubu ilə yollarını ayıran millimizin üzvü Tuğrul Eratın yeni klubu bəlli olub.

Sportal.az xəbər verir ki, 26 yaşlı yarıımüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Erat II Liqa təmsilçisi "Karagümrük"lə müqavilə imzalayıb.

Tuğrul Erat Düsseldorf "Fortuna"sının yetirməsidir. O, "Duysburq" klubunda 2016-2018-ci illərdə çıxış edib.

Qeyd edək ki, millimizin üzvünün "Sumqayıt"a transfer olmaq ehtimalı yaransa da, baş məşqçi Ayxan Abbasovun qərarı müsbət olmamışdı.



Şərh yaz