Binəqədidə zarafata görə 16 yaşlı oğlanı qətlə yetirən gəncin məhkəməsi başlayıb

Binəqədidə zarafata görə 16 yaşlı oğlanı qətlə yetirən gəncin məhkəməsi başlayıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Məlumata görə, gənclər arasında dava zarafat üstündə olub. Belə ki, A.İsmayılov avtobusda sürücü köməkçisi işləyən zaman qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub.

A.İsmayılovun sözlərinə görə, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.
0
Oxşar xəbərlər
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət