Axtarış...

Rüfət Aslanlı ilə bağlı sensasion iddia - Xanımı ilə birgə 2 milyonluq...

Rüfət Aslanlı ilə bağlı sensasion iddia - Xanımı ilə birgə 2 milyonluq...
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsisinin rəisi Kamran Əliyevə müraciət olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubun nüsxəsini redaksiyamıza təqdim edib.

O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada qurşadırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.

M.İyigörür həm villa, həm də birlədirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.

“Roseville Apartments” yaşayış binasında R.Aslanlıya məxsus mənzillər üçün onlarla TIR dolusu materialları göndərilib.

Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanin Venesiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsalı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstr alıb. Hər bir lüstr L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.

Onlar İtaliyanin Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan “BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıbılar.


Daha çox xəbər

Şərh yaz