“Mançester Yunayted”i çalışdırmış məşqçiyə millimizdə iş təklif olundu

“Mançester Yunayted”i çalışdırmış məşqçiyə millimizdə iş təklif olundu


“Neftçi” Futbol Akademiyasının baş koordinatoru Mik Benet AFFA-ya dəvət olunub.

Oxu.Az xəbər verir ki, ingiltərəli mütəxəssisin federasiyaya çağırılması aşağı yaş qrupları üzrə yığma komandalarla əlaqədardır.

Belə ki, qurum ötən yayadək “Mançester Yunayted” Yay Futbol Məktəbinə rəhbərlik etmiş britaniyalı çalışdırıcının millilərdən birində işə başlamasında maraqlıdır. Ya U-15, ya da U-17 – seçim Benetin özündən asılıdır.

Qeyd edək ki, Mik Benet ötən ay AFFA-da Pro kateqoriyalı məşqçi lisenziyası alıb.
Oxşar xəbərlər
«    Январь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət