Axtarış...

Nərmin Şahmarzadənin separatçı ilə qohumluq əlaqəsi üzə çıxdı... - Xoruzun quyruğu...

Nərmin Şahmarzadənin separatçı ilə qohumluq əlaqəsi üzə çıxdı... - Xoruzun quyruğu...

Həmişə bir hadisə baş verəndə ilk növbədə düşünürsən səbəb nədir? İlk olaraq bunu anlamaq lazımdır ki, nəticənin nəyə hesablandığını təxmin edə biləsən. Bir insanın həyatını az da olsa riskə ataraq söylədiyi söz və ya əməl uzun bir planın tərkib hissəsi ola bilər. Son günlər sosial medianı zəbt edən “psixoloq” Nərmin Şahmarzadə olayının sadəcə bir müstəqil fikrin bölüşdürülməsi kimi təqdim edilməsinin özü belə şübhə doğurur. Bu, uzaq bir planın tərkib hissəsinə bənzəyir. Və hesab edirəm ki, burada bir çox suallara cavab verilmədən əsil məqsədin nə olduğuna anlamaq çətindir. Bizdən fərqli olaraq düşmən yatmayıb və hətta 100 ildən sonra belə reallaşdıracağı planının tərkib hissəsinin şübhə toxumlarını səpməkdə davam edir.

İlk olaraq bu xanımın “müstəqil fikirli psixoloq” olması ilə bağlı: – İnsanlar illərlə bir elmin girdabına batır və sonda ona ya müəllim, ya hüquqşünas, ya jurnalist və s. mənsub olduğu peşənin bilicisi olaraq müraciət edilir. Hesab edirəm, ilk olaraq bu xanımın kimlər tərəfindən vacib bir şəxs olaraq diqqət mərkəzinə gətirilməsi məsələsinə nəzər salmaq lazımdır. Çünki onunla bağlı dərc edilən hər çeşiddən olan yazılarda “müstəqil psixoloq”, “fərqli fikirləri ilə tanınan psixoloq” və s. kimi təqdim edilir. Deməli, artıq bir müddətdir ki, bu xanımın diqqət mərkəzinə gətirilməsi üçün iş görülüb.

İkinci mərhələ: Əvvəldən hazırlanmış plana uyğun olaraq bu xanım az da olsa ictimaiyyət arasında tanıdıldıqdan sonra növbəti mərhələyə keçmək lazım idi. Burada isə bir neçə məqsəd ola bilərdi. Kifayət qədər etibar edilən bu şəxsin tanıdılma dairəsinin genişləndirilməsi. Bu mərhələdə elə bir addım atılmalıydı ki, həm sınaqdan keçirilən şəxsin aldığı təhsilin yetərli olub-olmadığı da yoxlanılsın. Deməli, Azərbaycan xalqının hazırkı psixoloji durumunun test edilməsi ilə bağlı məsələnin gündəmə gətirilməsi və baş verənlərə müqavimətin hansı səviyyədə olması. Bu testə hələ ki, iki bənd daxil edilib:

Birincisi, hazırda bütün türk dünyasının adını fəxrlə çəkdiyi Mübariz İbrahimovun qəhrəmanlığına “kölgə” salınmasi,

İkincisi, son günlər ərazi bütövlüyümüz uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı birdəfəlik yardımın (11 min manat) verilməsində yaranan neqativ halların sosial partlayışa çevirilməsi.

Düşünürəm ki, burada yaxın hədəf Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salınması deyil. Cünki qəhrəmanları biz seçmirik… Bunu psixologiya üzrə təhsil alan xanım da bilməmiş deyil (Elə bu səbəbdən də üzürü günahından betər olan yeni bir video yazı yayıldı).

Burada yaxın hədəf birdəfəlik yardımla bağlı yaranan sosial narazılıqları alovlandırmaqdır. Buna şərait yaradanların da məqsədləri araşdırılamalıdır. Şəhid anasını və ya qardaşını itələyən, ona qarşı kobudluq edən, süründürməçilik yaradan məmurların da kimliyinin araşdırılmasını istəyərdim. Bəlkə bu da bir tapşırığın tərkib hissəsidir. Axı narazılıq yaratmaq üçün səbəb olmalıdır...

Lakin hesab edirəm ki, burada daha da qlobal bir məsələ var. Hər birimiz Nərmin Ağalar qızı Şahmarzadənin əməllərinə diqqət yetirərək onun əslində kim olduğunu araşdırmaq barədə əsas məsələni nəzərdən qaçırırıq. Və düşünmürük ki, nə üçün bu məsələ ölkəmizə qarşı talış separatizmi zəminində kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan, 1956-cı il dekabrın 25-də Lerik rayonunun Blabənd kəndində anadan olmuş, hazırda Rusiyada yaşayan, AR vətəndaşı, 2005-ci il dən etibarən mütəmadi olaraq Ermənistana səfərlər edərək, dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirən, Ermənistanın xüsusi xidmət orqanları ilə geniş əlaqələri olan Abbasov Fəxrəddin Fərman oğlu ilə bağlı məsələlərin diqqət mərkəzində olduğu bir vaxtda ortaya atılıb. Abbasov Fəxrəddin Fərman oğlu barəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən 2018-ci ilin iyul ayında AR Cinayət Məcəlləsinin 281.1 və 283-cü maddələri ilə cinayət işi açılmış və barəsində axtarış elan edilmişdı. Müvafiq sorğu əsasında F. Abbasov 06 sentyabr 2018-ci il tarixdə Moskva şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Liberçk Məhkəməsinin qərarı ilə barəsində 1 aylıq həbs qəti imkan tədbiri seçildi. Son məlumatlara görə, 02.10.2018-ci il tarixdə qərar qüvvədə saxlanılaraq həbs qəti imkan tədbiri daha 5 ay müddətinə uzadıldı.

Abbasov Fəxrəddin Fərman oğlu (Faxroddin Aboszoda) 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib, uzun müddət elmi kommunizm, daha sonra politologiya fənnini tədris edib. Hətta 2005-ci ildəki parlament seçkiləri ərəfəsində Azərbaycana gəlib, öz namizədliyini irəli sürsə də, millət vəkili seçilə bilməyib.

O, şəxs vətəndaşlarımızın yaddaşında ermənilərə dəstək verən bu fikirləri ilə qalıb: "Yad müharibədə iştirak etməyə talışların mənəvi haqqı yoxdur. Dağlıq Qarabağ münaqişəsi talış xalqının savaşı deyil və talışlar bu müharibədə iştirak etməməlidirlər. Azadlıq və müstəqil dövlət uğrunda mübarizə aparan talış xalqı çoxsaylı qurbanlar hesabına azadlığına nail olaraq müstəqilliyini elan etmiş xalqa qarşı müharibəyə əsla qoşulmamalıdır. Yalnız türklərin talışları assimilyasiyasını, milli sərvətlərimizin qarətini davam etdirmələri üçün övladlarımızı qurban verə bilmərik. Buna görə də mənasız savaşda talışların iştirakına qarşıyıq".

Bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov da Dağlıq Qarabağdakı erməni separatçılarının telestansiyasına verdiyi müsahibəsində eyni sözləri söyləmişdi: "Talışların Dağlıq Qarabağ münaqişəsində iştirakını istəmirəm. Bu, bizə gərək deyil və bizim müharibə də deyil. Allahın verdiyi canı bizə heç nə verməyəcək savaşda niyə təhlükəyə atmalıyıq?!"

Xatirinizdədirsə Fəxrəddin Abbasov 1993-cü ildə qondarma "Talış-Muğan Respublikası"nın yaradıldığını bəyan etdiyi "Milli Məclisin ilk spiker"i olmuşdu. Onun"Dağlıq Qarabağ müharibəsi talışların savaşı deyil" açıqlaması Ermənistanın illərdən bəri həyata keçirməyə çalışdığı planın tərkib hissəsini təşkil edən prinsipin reallaşma formatlarından biridir.

Azərbaycanda milli azlıqların hüquqlarının pozulduğunu, xüsusilə də guya talışların təqiblərə məruz qaldıqlarını Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk günlərdə Yerevanda KRUNK təşkilatının liderləri demişdilər, Zori Balayan və Silva Kaputikyan "Azərbaycandakı talışlara çağırış"lar etmişdilər.

İndi deyə bilərsiniz ki, bu məsələlərin bir-biri ilə nə əlaqəsi var? Nədən Nərmin Ağalar qızı Şahmarzadədən Fəxrəddin Abbasova gəldik. Səbəb sadədir, bu şəxslərin hər ikisi Lerik rayonunun Blabənd kəndində anadan olub və qohumdurlar. Sadəcə, aralarında 33 yaş fərqi var. Deməli, düşünən beyinin gəncləşməsinə ehtiyac duyulur. Əslində Nərmin Şahmarzadənin söylədiklər nə Əlikram Hümbətovun, nə də Fəxrəddin Abbasovun dediklərindən mənaca o qədər də fərqlənmir. Sadəcə, formaları fərqlidir.

DTX əməkdaşları bu xanımın fəaliyyətini araşdırmalıdır. Əks halda jurnalistlərin araşdırma aparması, ictimai xadimlərin fikir söyləməsi, sıravi vətəndaşların onu məhkəməyə verməsi bu məsələnin daha çox diqqət mərkəzində qalmasına xidmət edəcək. Sonda isə yeni bir “qəhrəman” formlaşdırılacaq. Və bəlkə də gənc bir “spiker”. Axı niyə də olmasın, bütün dünyada qadın liderlərin səsi daha bərk eşidilir…(reyting.az)


Daha çox xəbər

Şərh yaz