Axtarış...

Kürdəmirin yeni icra başçısı kim olacaq? - İDDİA

Kürdəmirin yeni icra başçısı kim olacaq? - İDDİA

Uzun müddətdir işdən çıxarılacağı ilə bağlı söz-söhbətlər gəzən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bağlı AzFakt.com-a yeni məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, yaxın həftələrdə işdən çıxarılacaq icra başçısının yerinə əsas namizədlərdən biri hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri vəzifəsini tutan Elman Məmmədovdur.

Kürdəmir Regional Mədəniyyət İdarəsi müdirinin icra başçısı olması məsələsində isə ona Füzuli rayon İcra Hakimiyyətinin icra başçısı Alı Alıyevin dəstək verdiyi bildirilir. Məlumata görə, Alı Alıyev Elman Məmmədovun Kürdəmir icra başçısı olması üçün vitse-spiker Bahar Muradova və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə dəfələrlə danışıqlar aparıb.

İcra başçısı hakimiyyət daxilində nüfuzu olan hər iki şəxsdən Elman Məmmədovun Ceyhun Cəfərovun yerinə təyin edilməsi üçün köməklik göstərmələrini xahiş edib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



Şərh yaz