Axtarış...

Masallıda bütün yollara əl gəzdirilir, amma... - GİLEY

Masallıda bütün yollara əl gəzdirilir, amma... - GİLEY

"Son vaxtlar Masallı şəhərində küçələrin abadlaşdırılması istiqamətində nəzərəçarpacaq işlər görülür. Ölkə başçısının sərəncamına uyğun olaraq şəhər mərkəzində 20-yə yaxın küçənin asfaltlanmasına, əksəriyyətinin kənarlarına səki çəkilməsinə, işıqlandırma sistemlərinin quraşdırılmasına başlanılıb. Hətta kənd yollarının 30 kilometrə yaxını- (Miyankü-Hişgədərə-Şatıroba- Eminli-Qarğalıq-Səmidxan-Seybətin və s) asfaltlanıb və bu işlər davam edir". Bu sözlər DİA.AZ-a müraciət edən Masallı sakinlərinin məktubunda yer alıb.

Daha sonra dia.az-a bildirilir: "Bütün bu işlər minnətdarlıqla qarşılansa da, əksər insanları bir sual maraqlandırır-niyə ən ucqar küçələr belə asfaltlansa da, “Köhnə bazar” deyilən ərazinin arxasından, eləcə də oradakı şadlıq saraylarının qarşısında keçən, hər gün minlərlə şəxsin istifadə etdiyi, yayda tozundan, qışda palçığından insanların əzab çəkdiyi küçələr asfaltlanmır?"

Masallıda bütün yollara əl gəzdirilir, amma...

Sakinlər bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, onları dinləyən yoxdur: "Biz dövlətimizdə son illərdə həyata keçirilən quruculuq işlərini yüksək dəyərləndiririk. Amma Masallıda bütün bu işlər alayarımçıq görülür. Xahiş edirik, bu yağışlı-qarlı havada biz sakinləri zülmdən qurtarın".



Şərh yaz