Axtarış...

Ozobiç: "Azərbaycan millisində oynamaq təklifi alsam..."

Ozobiç: "Azərbaycan millisində oynamaq təklifi alsam..."

Avrokuboklarda çoxlu oyun keçirdik. Beynəlxalq matçlarımız daha çox olduğundan baş məşqçimiz çempionat oyunlarında rotasiyalar etdi. Ümid edirəm ki, çempionatın sonunda titul əldə edəcəyik. Birinci pillədəki "Neftçi" bizdən 3 xal öndədir. Orada iki xorvatiyalı - Qoran Paratski və Slavko Braliç də çıxış edir.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç deyib. Xorvatiyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində əvvəlcə ötən ilin yayında "Qəbələ"dən "Qarabağ"a keçidindən danışıb: "Qəbələ"ni qoyub getdiyim üçün onlardan üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. Onlar zarafatca soruşurdular ki, nəyin çatmırdı. Amma indi mənim klubum "Qarabağ"dır".

Ozobiç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya millilərinin eyni qrupa düşmsəinə münasibət bildirib. O, Xorvatiyanı qrupun aşkar favoriti adlanıdırıb: "Azərbaycanlı oyunçuları tanıyıram. "Qarabağ" millinin onurğa sütunudur. Əksər futbolçuların beynəlxalq oyun təcrübəsi var. Onların arasında Mahiri fərqləndirərdim. Gənc hücumçu böyük potensiala, sürətli və sol ayaqla oynamağa qadirdir. "Qarabağ" onun üçün özünü xaricdə göstərmək baxımından yaxşı tramplindir. Xorvatiya mütləq qrup birincisi kimi mərhələ adlayacaq".

Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişi ilə bağlı sualı cavablandırarkən bunun səbəbini bilmədiyini qeyd edib: "Nəyin baş verdiyini bilmirəm. Qurbanov "Qarabağ"da özünü yaxşı baş məşqçi kimi göstərdi. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi sevən mütəxəssisdir".

Üç ilə yaxındır ölkəmizdə çıxış edən 28 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivindən də danışıb: "Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və millidə oynamağım üçün mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. "Qarabağ"la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir. Təəssüf ki, "Hayduk"da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu, olmasaydı, karyeranda hansısa dönüş ola bilərdimi? Amma mən xoşbəxtəm, "Qarabağ" xoşuma gəlir"



Şərh yaz