Axtarış...

Bakıda süni göldən naməlum meyit tapılıb

Bakıda süni göldən naməlum meyit tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hazırda ölən şəxsin şəxsiyyəti dəqiqləşdirilir.



Şərh yaz