120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb


Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Ədliyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirəsində deyilib.

Müşavirədə korrupsiya hüquqpozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət