Axtarış...

"Günay Sığorta" məcburi köçkünü incidir - GİLEY

"Günay Sığorta" məcburi köçkünü incidir - GİLEY

Cənab Prezident sizdən xahiş edirəm ki,”Günay SIĞORTA” ilə bağlı olan problemlemi həll etməyə kömək edəsiniz.Yazıb sizə bildirmək istəyirəm ki,men 23.11.2018 ci ilde mənə məxsus olan 10-AE-023 nömre nişanlı A8 markalı avtomobili Ramana qəsəbəsində 99-FZ-119 nömrə nişanlı Mersedes markalı avtobobil qəza yaradaraq avtomobilə ziyan vurub,99 FZ 119 nömrə nişanlı avtomobilin icbari sığortası “Günay Sığorta”ya məxsusdur, hal-hazırki vəziyyətdə Günay sığortanın Nərimanov filialının mudiri dəymiş ziyanı ödəməydən imtina edir və bu məsələ sığorta müdiri laqeyd yanasır,öz mənafeyini güdür.

CƏNAB PREZİDENT maşın mənim ailəmin çörək ağacıdır, bir aya yaxındır ki, mənim ailəmə heç bir yerdən qazanc gəlmir. Sizin Biz-Qaçqınlara və Məcburi köçkünlərə ayırdığınız maddi yardım və anamın pensiyası ilə dolanıram.
CƏNAB PREZİDENT sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim problemimin həll olunması ilə bağlı lazımi göstərişlər verəsiniz. Öncədən sizə dərin minnətdarlığımı bildirirəm.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Leqal.info


Daha çox xəbər

Şərh yaz