Axtarış...

Gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təmirinə başlanılacaq

Gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təmirinə başlanılacaq

Gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təmirinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Şuşa Musiqili Dram Teatrının yeni binasının əsaslı bərpa və təmir-tikinti işlərindən sonra açılış mərasimində deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Azərbaycanda bütün teatr məkanları müasirləşdirilir, dəyişdirilir, yeni avadanlıqla təchiz edilir.

“Biz gələn ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının bərpasına başlayacağıq. Artıq layihələndirmə işləri görülüb. İqtisadiyyat və Maliyyə nazirlikləri Prezidentin tapşırığına əsasən lazımi sənədləri hazırlayıblar. Yəqin ki, növbəti mövsümdə təmir-yenidənqurma işlərini başa çatdıracağıq”, – deyə nazir qeyd edib.


Daha çox xəbər

Şərh yaz