Axtarış...

Prezidentin bu sərəncamı aztəminatlı ailələrin bayramına əlavə xoş əhval qatacaq

Prezidentin bu sərəncamı aztəminatlı ailələrin bayramına əlavə xoş əhval qatacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aztəminatlı ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi ilə bağlı sərəncam imzalaması çox təqdirəlayiq haldır. Bu addım bir daha cənab İlham Əliyevin, həqiqətən, Azərbaycanın hər bir vətəndaşının Prezidenti olduğunu, daim onların sosial rifahının qayğısına qaldığının sübutudur. Bu yardım həmin ailələrin bayramına əlavə xoş əhval qatacaq, sevincinə səbəb olacaq.

Bu barədə milli.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamını dəyərləndirərkən deyib.

Millət vəkilinin fikrincə, dövlət başçısının bu sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir: "Bu sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Dövlət başçısı əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür".

A.Hüseynov qeyd edib ki, ölkəmizdə əhalinin aztəminatlı hissəsi həmişə dövlətin və ölkə rəhbərliyinin diqqət mərkəzində olub: "Hələ 2003-cü ildə yoxsulluğun azaldılması haqqında ilk Dövlət Proqramı təsdiqlənib. Daha sonra 2008-ci ildə növbəti belə proqram qəbul edilib. Bundan başqa, sahibkarlığın, xüsusən də kiçik və orta biznesin dəstəklənməsi, məşğulluğun artırılması, regionların inkişafı ilə bağlı qəbul edilərək həyata keçirilən tədbirlərin də əsas məqsədi əhalinin yoxsul və işsiz təbəqəsinin sosial müdafiəsini gücləndirmək olub.
Prezident İlham Əliyevin son 15 ildə yorulmaz fəaliyyəti nəticəsində ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi xeyli azalıb. Belə ki, ölkədə yoxsulluq 49 faizdən 5 faizə düşüb. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalma tempi qeydə alınıb. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən də aşağıdır. Bütün bunlar çox müsbət göstəricilərdir və Azərbaycanın getdikcə sosail-iqtisadi baxımdan gücləndiyini deməyə əsas verir".


Daha çox xəbər

Şərh yaz