Axtarış...

"Barselona"dan rəsmi transfer

"Barselona"dan rəsmi transfer

"Valensiya"nın futbolçusu Ceyson Murilyonun bu mövsümün sonuna kimi icarə əsasında "Barselona"da çıxış edəcəyi rəsmiləşib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisi icarə haqqı olaraq 2 milyon avro təzminat ödəyəcək. "Barsa" mövsümün sonu 25 milyon avro ödəyərək 26 yaşlı müdafiəçini birdəfəlik ala biləcək.

Qeyd edək ki, müdafiəçilər Tomas Vermalen və Samuel Umtiti zədələndiyi üçün Kataloniya klubu bu mövqeyə yeni futbolçu alıb.



Şərh yaz