Axtarış...

"4 aydan çoxdur müraciətimə baxılmır" - GİLEY

"4 aydan çoxdur müraciətimə baxılmır" - GİLEY

Bərdə rayon, Çələbilər kəndində yaşayan 2-ci qrup Qarabağ müharibə əlili çavuş Əsədov Elman Yunis oğlu ölkənin 1-ci Vitse-prezidenti Mehriban Əliyevaya şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım! Bildirmək istəyirəm ki, 4 aydan çoxdur müraciətimə baxılmır, dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam, 2-ci qrup Qarabağ Müharibə əliliyəm. Ailəliyəm 3 uşağım var.

Qeyd etmək istəyirəm ki, Sizin Azərbaycan dövlət quruculuğunda yüksək nəaliyyət sərf etdiyinizi görürəm, inanıram və Ali Baş Komandanımıza daima sadiq olmağınıza əminəm., bir müddət əvvəl Sizə müraciətimi müsbət dəyərləndirmişdiniz.

Lakin hal-hazırda Bərdə rayon, Çələbilər kənd bələdiyyəsinin rəhbərliyi mənim dəfələrlə yazılı və şifahi edilən müraciətimə baxmır, məcbur qalıb yenə Sizə müraciət edirəm, hesab edirəm ki, mənə müraciətimlə bağlı kömək edilməsi ilə bağlı ciddi göstəriş verəcəksiniz.

Belə ki, mən Qarabağ müharibə əlilli Çələbilər kənd bələdiyyəsinə müraciət edirəm ki, mən müharibə əlillinə 15 hektar əkin sahəsinə yararlı sahədən torpaq verilsin, ailəmi və özümü dolandırım, ancaq o kənd torpaqların mənə deyil digər kənd sakinlərinin müharibə görməyən, hərbi xidmətdə olmayan sakinlərinə paylayır. Mən isə bu barədə Bərdə rayon İcra Hakimiyyətinə və Çələbilər kənd bələdiyyəsinə müraciət etdim, cavabında isə mənə Bərdə rayon İcra Hakimiyyəti bildirdi ki, bələdiyyəyə müraciət et, bələdiyyə isə bildirir ki, mənə belə bir məktub daxil olmayıb daxil olsa müraciətinə baxılacaq, belə yollarla mənə qarşı yenə də süründürməçilik edilməkdədir.

Digər kəndən olan vətəndaşlara bizim kəndin ərazisində hektarlarla yerlər ərazilər verirlər lakin mən qarabağ əlilini süründürməklə məşğuldurlar.

Hörmətli Mehriban xanım! Sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz və Qarabağ müharibə əlili olmağımı, Ailəm böyük, yaşayış tərzim isə çətin olduğunu nəzərə alaraq mənə Bərdə rayon Çələbilər kənd ərazisində yerləşən kənd təsərrüfat təyinatlı yaralı torpaq sahəsindən 15 hektar torpaq sahəsi ayrılmasına köməkdarlıq edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... DİA.AZ


Daha çox xəbər

Şərh yaz