Axtarış...

Alimlər bu heyvana Trampın adını verdi – Maraqlı səbəb

Alimlər bu heyvana Trampın adını verdi – Maraqlı səbəb

ABŞ-ın Panama əyalətində kəşf edilən bir amfibiyaya ABŞ Prezidenti Donald Trampın adı verilib.

Kult.az xəbər verir ki, suda və quruda yaşayan canlı “dermorfis donaldtrampi” adlandırılıb.

Bu addım heç də Trampın adını əbədiləşdirmək və ya ona qarşı sevgidən irəli gəlməyib. Belə ki, alimlər heyvana bu adı verməklə Trampın iqlim siyasətinə özünəməxsus şəkildə etirazlarını bildiriblər.

Başını torpağa basdıran bu canlıya sözügedən adı layiq görənlər iqlim dəyişikliyini gözardı etməsi səbəbilə Trampdan ilham aldıqlarını söyləyiblər.

“Demorfus donaltrampi” iqlim dəyişikliyinə qarşı ən həssas canlılardan biridir və adaşının iqlim siyasəti səbəbindən nəsli tükənmək riski ilə qarşı-qarşıyadır”, - “EnviroBuild” şirkətinin qurucularından Aydan Bell bildirib.



Şərh yaz