Axtarış...

Salyanda 5 qadını qətlə yetirən ata və oğulun apellyasiya şikayəti təmin edilməyib

Salyanda 5 qadını qətlə yetirən ata və oğulun apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşı və 4 qızını qətlə yetirən ata və onunla əlbir olan oğulun apellyasiya şikayətinə baxılıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlunun apellyasiya şikayəti təmin edilməyib.

Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

2014-cü ilin mart ayında Salyanda 1961-ci il təvəllüdlü Mehparə Əliyeva və 4 qızı - 1985-ci il təvəllüdlü İradə Əliyeva, 1991-ci il təvəllüdlü Ümidə Əliyeva, 1998-ci il təvəllüdlü Rəqibə Əliyeva və 1987-ci il təvəllüdlü Sevda Əliyeva itkin düşüb. Üç il sonra məlum olub ki, ana və 4 qızı həyat yoldaşı Fərhad Əliyev və onunla əlbir olan oğlu Fəqan tərəfindən qətlə yetirilərək, meyitləri yaşadıqları evin zirzəmisində basdırılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlu CM-nin 120.2.1, 120.2.4, 120.2.7 ömürlük olaraq azadlıqdan məhrum edilib.


Daha çox xəbər

Şərh yaz