Axtarış...

Mourinyu “Mançester Yunayted”dən kənarlaşdırıldı

Mourinyu “Mançester Yunayted”dən kənarlaşdırıldı

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Juze Mourinyu istefaya göndərilib.

Oxu.Az xəbər verir ki, Mançester klubunun bu gün yaydığı bəyanatda komandanın cari mövsümün sonunadək müvəqqəti baş məşqçiyə tapşırılacağı bildirilib. Həmçinin klubun daimi əsaslarla çalışacaq yeni məşqçi axtarışına çıxdığı çatdırılıb.

Qeyd edək ki, Juze Mourinyu “Mançester Yunayted”lə 2016-cı ilin mayın 27-də üç illik müqavilə bağlamışdı. Lakin müqaviləyə vaxtından əvvəl xitam verildiyindən, portuqaliyalı çalışdırıcıya təzminat ödəniləcək.



Şərh yaz