Axtarış...

"Azəriqaz" vətəndaşı çilədən çıxarıb... - GİLEY

"Azəriqaz" vətəndaşı çilədən çıxarıb... - GİLEY

Abşeron rayonu, Cantəpə qəsəbəsi, 05 həyət evində yaşayan, Abdurahmanov Asif üzləşdiyi problemlə bağlı ölkə başçısına və bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, ailəmlə birlikdə bir neçə ildir ki, Abşeron rayonu Cantəpə qəsəbəsində fərdi evimizdə yaşayıram. Bu ilin sentyabr 2018-ci ildə bir abonent olaraq təbii qazdan istifadə etmək üçün ərizə ilə müraciət etmişəm. Ərizəm əsasında yarım aydan çoxdur ki, gəlib evimizə sayğac quraşdırıb gediblər. Amma hələ də qaz vermirlər. qeyd edirlər ki, smart kart lazımdır. Hər gün bu karta görə zəng ediririk. Xeyri yoxdur. “Azəriqaz” İB-nin əlaqədar məsul şəxsləri bizi get-gələ salırlar. Heç 104 qaynar xətti də cavab vermir.Onların qeyri-müəyyən cavabları bizi qışın bu soyuğunda təmiz hövsələdən çıxarıb. Görəsən niyə “Azəriqaz” şefi yazıb oxuya bilməyən bu kəmsəvadları idarəyə doldurub. Onlar da işlərinin öhdəsindən gələ bilmirlər. Qoy bu adamlar “Şərurlu İsfəndiyar kimi gedib hündürmərtəbəli binalar tikməklə məşğul olsunlar. Daha bizi kimi kasıb insanların ailəsindəki körpə uşaqları qışın bu çağında xəstələndirməsinlər. Cənab Prezident Sizdən xahiş edirəm ki, “Azəriqaz”ın bu məsuliyyətsiz adamları başa salasınız ki, vətəndaşların hüquqlarını pozmasınlar, vaxtında qaz sayğacına tələb olunan smart kartı təhvil versinlər ki, biz də adam kimi yaşaya bilək".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Daha çox xəbər

Şərh yaz