Axtarış...

İrəvan Teatrı “İstehkam” tamaşasının premyerasına hazırlaşır

İrəvan Teatrı “İstehkam” tamaşasının premyerasına hazırlaşır

Dekabrın 21-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi rayon Mədəniyyət Mərkəzində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan yeni tamaşanın premyerasını təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyevdir.

Rollarda aktyorlar Bəhruz Hikmətoğlu, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev və Güney Əliyeva çıxış edəcəklər.

Qeyd edək ki, əsəri Azərbaycan dilinə Xalq yazıçısı Elçin Əfəndiyev tərcümə edib.



Şərh yaz