Axtarış...

"Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." - GİLEY

"Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." - GİLEY
YAP-üzvü, Azərbaycan Respublikasının idman ustası, gənc sahibkar Salahov Toğrul Saleh oğlu tərəfindən ölkə başçısı İlham Əliyev cənablarına və Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədova müraciət ünvanlanıb. Şamaxı sakininin DİA.AZ-a da ünvanlanan müraciətində deyilir:

"Yazıb Sizə bildirrmək istəyirəm ki, Şamaxı rayon Göylər kəndinə dövlətimiz tərəfdən qayğı yüksək səviyyədədir. Bizim kəndimizdə 12 min əhali var, Azərbaycanın ən böyük kəndlərindən biridir. Bizim kəndimizdə catışmayan hallar ondan ibarətdir ki, Göylər kəndində Kənd İcra Nümayəndəsi və Kənd Bələdiyyə sədri demək olar ki yoxdur. Nə kənd icra nümayyəndəsi, nə də ki kənd bələdiyyə sədri kəndlə maraqlanmırlar. Kəndin bir problemi olan zaman kənd icra nümayyəndəsinə bildiririk, o da heç bir tədbir görmür. Onun başı qarışıb öz biznesinə... gah tikinti materialları mağazasında olur, gah da Çöl Göylərdə arı təsərüfatı ilə məşğul olur. Heç kənd icra nümayəndəliyinin möhürü də onda olmur. Möhür icra nümayəndəliyinin muhasibi Elşən Bəşirovda olur. Bu adam artıq iki ildir ki kəndin icra nümayyəndəsidir, bu iki ildə nə müraciət etsək də, hec bir iş həll olunmayıb, ya bu adam yerində yoxdur, ya da kı işləyə bilmir.

Bizim kəndimizin Bələdiyyə sədri Nəbi Nəbiyev də artıq 9 ildir ki bu kəndin Bələdiyyə sədridir. Bu 9 il ərzində kəndimiz üçün hec bir iş görməyib. Kəndə məxsus əkin torpaqların saxta sənədlərlə yurd və obyekt yeri kimi satılıb. Kəndimizə qaz çəkilən zaman sovet vaxtından qalan qaz bprularını satıb öz şəxsi malı kimi. Kəndə kimsə xeyrətlik yolara çınqıl tökdürürsə, onu yazıb hesabatda deyir ki bu yolu təmir etdim. Heyabatları da saxta keçir, ona görə saxta keçir ki həmin hesabat gizli yolla təşkil olunur, orada kənd camaatı yox, məktəb, baxça və tibb məntəqəsinin işcilərinin rəyləri önəmli olur.

Kəndimizin küçə işıqlarının pulunu da ödəmir ki büdcədə pul yoxdur. Mən bir kənd əhalisi kimi 9 ilin hesabatını istəyirəm bu Bələdiyyə sədrindən və üzvlərindən. Kəndimizdə boş yer qalmayıb, bu 9 il ərzində hamısını satıb, özü də heç bir dövlətə vergi ödəmədən satıb, saxtakarlıqla "aqro islahat" ad ilə..."

Məktubunun sonunda əlavə ittihamlar səsləndirən Şamaxı sakini yeni başçıdan və ölkə prezidentindən kömək istəyir...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Şərh yaz