Qida məhsulları alarkən BUNLARA DİQQƏT EDİN- Rəsmi xəbərdarlıq

Qida məhsulları alarkən BUNLARA DİQQƏT EDİN- Rəsmi xəbərdarlıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları alarkən etiket məlumatları ilə tanış olmağın zəruriliyini diqqətə çatdıran videoçarx hazırlayıb. Videoçarxda etiketləmə haqqında qida məhsulları istehsalçılarının əməl etməli olduğu və istehlakçıların mütləq şəkildə diqqət yetirmələri vacib məlumatlar öz əksini tapır.

Agentlikdən verilən məlumata görə, təqdim olunan yeni videoçarxda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərə qanunvericiliyin tələblərinə əməl etmək və istehlakçı hüquqlarının təmin olunması üçün istehlakçıların özlərinə prosesdə fəal iştirak etmələri tövsiyə olunur.

Bildirilir ki, "Yeyinti məhsulları" haqqında Azərbaycan Respublikasının qanununa əsasən, istehsalçılar istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı, qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır.

Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət