Axtarış...

Çempionlar Liqasında VAR sistemi olacaq

Çempionlar Liqasında VAR sistemi olacaq

Bu mövsüm Çempionlar Liqasında videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

Millitv.Az qol.az-a istinadən xəbər verir ki, yeni texnologiyanın 1/8 final mərhələsindən etibarən tətbiq olunacağı açıqlanıb.

UEFA əvvəlcə VAR-dan ÇL-in 2019-2020 mövsümündə istifadə olunacağını açıqlasa da, DÇ-2018-də qeydə alınan hakim səhvləri bu sistemdən dah tez istifadə olunması zərurətini yaradıb.

Qeyd edək ki, Almaniya Bundesliqası, İtaliya A seriyası və İspaniya La Liqasında istifadə olunan bu sistem gələn mövsüm İngiltərə Premyer Liqasında da tətbiq olunacaq.



Şərh yaz