Axtarış...

Şəmkir səhiyyəsində nələr baş verir? - İTTİHAM

Şəmkir səhiyyəsində nələr baş verir? - İTTİHAM

Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.

Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını bəziləri ala bilsədə əksəriyyəti ala bilmir.
Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır.

Mozalan.az xəbər verir ki, rayonlarda vəziyyət daha pisdir.

Məsələn, Şəmkir şəhər sakini Məhərrəmova Almas Ağakişi qızı faktla bağlı səhiyyə naziri cənab Oqtay Şirəliyevə ünvanlı şikayət məktubu göndərib.

O deyir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında şəkər xəstələri üçün nəzərdə tutulan dərman vasitələrinin çatışmır. Şəkərli diabetdən əziyyət çəkən 66 yaşlı xəstənin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov onların vaxtında iynə, dərman vasitələri ilə təmin olunmalarına şərait yaratmır: “Mən və qızım Aidə Bayramova şəkər xəstəsiyik. Bildiyiniz kimi, şəkər xəstələri üçün dərman vasitələri və şəkərli diabeti ölçən cihazlar dövlət tərəfindən pulsuz verilir. Biz şəkər xəstələri dərmanları vaxtında qəbul etməliyik. Gecikdirdikdə, səhhətimizdə ciddi problemlər yaranır. Şəkərli diabeti ölçən cihaz verilmədiyi üçün bəzən şəkərimiz 450-480-ə yüksəlir “.

Şikayətçi həmçinin baş həkimin onlara qarşı sayğısızlıq göstərməsindən də şikayətlənib: “Onun dərman və şəkərli diabeti ölçən cihaz verməsi bir yana qalsın, üstəlik də bizimlə kobud davranışı əlavə bir əzabdır. Dəfələrlə baş həkim Ayaz İbrahimovun yanında olmuşuq. Vəziyyətimizi ona danışmışıq, ancaq o, deyir ki, dövlət dərman, şəkərli diabeti ölçən cihaz vermir, nə vaxt dövlət ona dərman, şəkərli diabeti ölçən cihaz versə, o da bizə verəcək. Bu bəhanə ilə bizə lazımi dərmanlar əvəzinə, başqalaranı təklif edir. O dərmanlar da əks təsir göstərir. Hətta neçə dəfə həmin iynələrdən komaya düşmüşəm, təcili tibbi yardım həkimlərinin sayəsində yenidən həyata qayıtmışam.

Mən səhiyyə naziri cənab Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələni ciddi nəzarətə götürsün. Belə görünür ki, bizim Şəmkir Rayon Mərkəzi Xəstəxanasında kadr islahatlarına ehtiyac var”.

Kadr islahatları deyəndə ki, Şəmkirdə baş həkim dəyişikliyi yeni olub. Bundan əvvəlki baş həkim Nurəddin Əhmədov elə belə işlərə görə nazir tərəfindən qovuldu.

Deyəsən eyni aqibət onun xələfini də gözləyir.

Çünki Ayaz İbrahimovun sözlərinə görə dövlət pulsuz dərman və aparat vermir. Bununla Səhiyyə Nazirliyini, cənab Oqtay Şirəliyevi ümumilikdə dövləti yalançı çıxarır, vətəndaşlarda mövcud iqtidara qəzəb oyadır.

Qarşı tərərəfin mövqeyin dərc edə bilərik.


Daha çox xəbər

Şərh yaz