Axtarış...

2 qardaşın şah damarını kəsdi, sonra... — Cinayətin dəhşətli təfərrüatı

2 qardaşın şah damarını kəsdi, sonra... — Cinayətin dəhşətli təfərrüatı

Dünən Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.
Millitv.az "Ölkə.Az"-a istinadən bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Qapanlı kəndində mağaza işlədən iki qardaşa hücum edən 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Bildirilir ki, Nurəddin Əsədoğlu dünən Qapanlı kənd sakini - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovun evin qarşısında işlətdiyi ərzaq mağazasına gəlib. O, Eşqindən spirtli içki və digər ərzaq malları verməsini tələb edib. Mağaza sahibi isə Nurəddinin onlara aldığı mallar qarşılığında xeyli borcu olduğunu, heç olmasa bu dəfə götürdüklərinin pulunu verməsini deyib. Lakin N.Əsədoğlu bununla razılaşmayıb və mübahisə etməyə başlayıb. Eşqin və ona kömək edən qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov isə həmin şəxsə istədiyi ərzaqları verməyəcəklərini deyiblər. Bundan əsəbiləşən 28 yaşlı Nurəddin mağazanı dağıtmağa, vitrinləri qırıb yerə tökməyə başlayıb. İki qardaş onu tutaraq mağazadan çıxarmaq istəsə də, gənc oğlan üstündəki bıçaqla onlara hücum edib. O, eşqinə 7, İbrahimə isə 2 bıçaq zərbəsi endirib. Maraqlıdır ki, N.Əsədoğlu iki qardaşı öldürməkdə isirarlı olub və hər iki şəxsin boynundakı şah damarı kəsib. Çoxlu qan itirən E.Əmiraslanov hadisə yerində ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər 29 yaşlı İbrahimin vəziyyətinin hələ də çox ağır olduğunu bildirirlər.

N.Əsədoğlu hadisə yerindən qaçsa da, polis onu yaxalayaraq istintaqa təhvil verib.
Məlumata görə, qətlə yetirilən E.Əmiraslanovun atası 4 il əvvəl xəstəlikdən vəfat edib. Onun anası da xroniki xəstəlikdən əziyyət çəkir.


Daha çox xəbər

Şərh yaz