Axtarış...

Asif Ağayev özü Beyləqanda oturub, adamlarını həbs edirlər... - O da istintaqa cəlb oluna bilər

Asif Ağayev özü Beyləqanda oturub, adamlarını həbs edirlər... - O da istintaqa cəlb oluna bilər

Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən məmur hakim qarşısına çıxarılır.

DİA.AZ xəbər verir ki, Ağaqədir Osmanovun cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 5-də hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutacaq.

Ağaqədir Osmanov Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb. O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. İş üzrə 3 nəfər zərərçəkmiş var.

DİA.AZ bildirir ki, həbs olunan Ağaqədir Osmanov zamanında Şamaxının keçmiş icra başçısı Asif Ağayevin yaxın kadrı olub. Bununla bağlı dia.az-a danışan Şamaxıdakı mənbə bildirir ki, əgər Ağaqədir Osmanovun işi dərindən araşdırılarsa, o zaman Asif Ağayevin də istintaqa cəlb olunması gözləniləndir.


Daha çox xəbər

Şərh yaz