Axtarış...

Bu il respublikanın 56 rayon və şəhərində əmək yarmarkası keçirilib

Bu il respublikanın 56 rayon və şəhərində əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 56 rayon və şəhərində əmək yarmarkaları keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara onların yaşadıqları ərazilərdəki müəssisələrdən vakant iş yerləri təklif edilib. 4,1 min şəxsə seçdikləri və əmək bacarıqlarına uyğun olan vakant iş yerlərinə göndəriş verilib. Bu günədək onlardan artıq 85 faizi həmin göndərişlər əsasında uyğun işlə təmin olunublar.

Göndərişlər əsasında məşğulluğu təmin olunanların bir hissəsini sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil edib.

Əmək yarmarkaları zamanı 209 nəfər ödənişli ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapmaqda çətinlik çəkən 276 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata götürülüb.


Daha çox xəbər

Şərh yaz