Axtarış...

Erməni əsir Paşinyana müraciət ünvanladı - Əsir-girovların azad edilməsi...

Erməni əsir Paşinyana müraciət ünvanladı - Əsir-girovların azad edilməsi...

Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Millitv.Az bildirir ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.

A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.


Daha çox xəbər

Şərh yaz