Axtarış...

İstanbulda dəniz reysləri yenə təxirə salındı - Bu dəfə 3 gün

İstanbulda dəniz reysləri yenə təxirə salındı - Bu dəfə 3 gün

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ 3 gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, İstanbul akvatoriyasında dəniz reysləri əlverişsiz hava şəraiti ilə əlaqədar sonuncu dəfə noyabrın 16-da təxirə salınıb.


Daha çox xəbər

Şərh yaz