Axtarış...

Rusiya Ukraynanın döyüş gəmisini vurdu - Poroşenko təcili toplantı çağırdı

Rusiya Ukraynanın döyüş gəmisini vurdu - Poroşenko təcili toplantı çağırdı

Rusiya Kerç boğazında Ukrayna Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmiyə atəş açıb.

Millitv.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində gəminin göyərtəsində olan heyət üzvlərindən ikisi yaralanıb.

Bundan başqa, Rusiya Ukrayna Donanmasına məxsus 3 gəmini ələ keçirib.

Ukrayna prezidenti Petro Poroşenko baş vermiş hadisədən sonra təcili Hərbi Kabineti toplayıb. Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.


Daha çox xəbər

Şərh yaz