Axtarış...

SURAXANIDA 1- SAYLI YATAQXANADA YAŞAYAN SAKİNLƏR PREZİDENT İLHAM ƏLİYEVDƏN KÖMƏK GÖZLƏYİRLƏR

SURAXANIDA 1- SAYLI YATAQXANADA YAŞAYAN SAKİNLƏR PREZİDENT İLHAM ƏLİYEVDƏN KÖMƏK GÖZLƏYİRLƏR

Millitv.az Redaksimızaya müraciət edən Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 1 – saylı yataqxanada yaşayan sakinlər , Bu ilin avqust ayından carəsiz vəziyyətə düşdüklərini qeyd etdilər.Sakinlər yaranmış vəziyyəti izah edərkən bildirdilər ki, avqust ayından başlayaraq Yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkünləri, onları üçün yeni salınmış şəhərciyə köçürəndən sonra, burada yaşaan sakinlərin qara günləri başlayıb .

Sakinlər yataqxanada Hal – Hazırda 11 – nəfər ailənin daimi sakinin olduğunu bildirdilər.

Məlumat üçün bildiririk ki, adı çəkilən Yataqxana Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsində yerləşir yataqxana 2006 – cı ilə qədər Dövlət Neft Şirkətinin Balansında olsada sonradan Suraxanı rayon İcra hakimiyətinin Balansina verilib.Burada yaşayan ailələrində böyük əksəriyyəti Suraxanı Neft - Qaz çıxarma İdarəsində işləyib oradan təqaudə çıxan insanlardır.

Biz yataqxanada olarkən 16 – kvadrat metirdən ibarət olan bu kiçik otaqlarda həqiqətəndə bir neçə nəfərdən ibarət olan ailələrin burada dözülməz şəraitdə yaşamalarının şahidi olduq.Yataqxananın mətbəx ,hamam və ayaq yolu sistemi, nə inki bərbad vəziyyətdədir demək olar ki , yox şəraitindədir. Su təhçizat sisteminə gəldikdə isə sakinlər Uzun illərdir su xətləri sıradan çıxdığından suyu yataqxananın həyətində olan krantdan daşımağa məcbur olurlarını bildirdilər.

Hörmətli izləyicilərimiz yataqxanadakı dözülməz vəziyyətlə bağlı hazırladığımız geniş reportaja aşağıda yerləşdirdiyimiz video səyfəmizdən izləyə bilərsiz.

REPORTAJI MİLLİTV - nin VİDEO SƏYFƏSİNDƏN İZLƏ






SURAXANIDA 1- SAYLI YATAQXANADA YAŞAYAN SAKİNLƏR PREZİDENT İLHAM ƏLİYEVDƏN KÖMƏK GÖZLƏYİRLƏR
SURAXANIDA 1- SAYLI YATAQXANADA YAŞAYAN SAKİNLƏR PREZİDENT İLHAM ƏLİYEVDƏN KÖMƏK GÖZLƏYİRLƏR
SURAXANIDA 1- SAYLI YATAQXANADA YAŞAYAN SAKİNLƏR PREZİDENT İLHAM ƏLİYEVDƏN KÖMƏK GÖZLƏYİRLƏR

MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz