Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

2018-ci il noyabrı ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 137 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət