Axtarış...

Putinin bu sözləri Qərbi SİLKƏLƏYƏCƏK:2021-ci ilə kimi...

Putinin bu sözləri Qərbi SİLKƏLƏYƏCƏK:2021-ci ilə kimi...

“Silahlı qüvvələrin genişmiqyaslı yenidən təchizatı strateji pariteti saxlamağa imkan verəcək və Rusiyanı xarici təhlükələrdən qoruyacaq.

Yenixeber.org: "İnterfaks” agentliyi xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Soçidə hərbi mövzu üzrə müşavirədə bildirib.

Onun sözlərinə görə, 2021-ci ilə kimi orduda və donanmada müasir silah və texnikanın payı ən azı 70 faiz təşkil etməlidir. Putin qeyd edib ki, qoşunların genişmiqyaslı yenidən təchizatı ordu qarşısında dayanan məsələlərin kompleks həll etməyə imkan verəcək.

Xatırladaq ki, Putin oktyabrın 25-də Rusiya qoşunlarının döyüş və operativ hazırlığının səviyyəsini qaldırmaq barədə tapşırıq verib. Ali Baş Komandan hərbçiləri Suriyada hərbi əməliyyatlar təcrübəsini tam ölçüdə nəzərə almağa çağırıb.



Şərh yaz