Axtarış...

Çili Azərbaycanda səfirlik açır

Çili Azərbaycanda səfirlik açır
Çili Azərbaycanda diplomatik nümayəndəliyini açmaq qərarını verib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Bakıda Çili səfirliyinin açılacağı qeyd olunub.



Şərh yaz