Ucarda “Ford Transit” qoyun sürüsünü vurdu - 42 baş qoyun tələf oldu

Ucarda “Ford Transit” qoyun sürüsünü vurdu - 42 baş qoyun tələf oldu

Ucar rayonu ərazisində "Ford Transit" markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxmış qoyun sürüsü vurulub.

Millitv.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 8-də saat 3 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Ağdam rayon sakini Yusifəli İsmayılov idarə etdiyi "Ford Transit" markalı avtomobillə qəflətən yolun hərəkət hissəsinə çıxıb, Ucar rayon sakini Qurban Hacıyevə məxsus qoyun sürüsünü vurub və nəticədə 42 baş qoyun tələf olub.

Y.İsmayılov izahatında dövlət qeydiyyat nişanlarını görmədiyi "KamAZ" markalı avtomobilin də heyvan sürüsünün üzərindən keçərək getməsini bildirib.

BDYPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət