Axtarış...

Dünyanın ən böyük hava limanından Bakıya ilk uçuş gerçəkləşdirildi

Dünyanın ən böyük hava limanından Bakıya ilk uçuş gerçəkləşdirildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bəzi dövlət və hökumət başçılarının iştirakı ilə 29 oktyabrda açılışı edilən yeni İstanbul Hava Limanından paytaxt Bakıya ilk uçuş gerçəkləşdirilib.

AZXEBER.COM xəbər verir ki, Boeing - 737 tipli təyyarə bu gün səhər 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. İlk uçuşda Bakıya 121 sərnişin gəlib.

Türkiyə Hava Yolları şirkətinin hesabatında bildirilir ki, Türkiyədən Bakıya uçuşlara tələb ötən illə müqayisədə 7 faiz artıb. Belə ki, ötən il ümumilikdə 337 min 300 sərnişin Bakıya səfər etmişdisə, bu ilin ilk 10 ayı ərzində bu qədər sərnişin Bakı reyslərindən istifadə edib.

Qeyd edək ki, bu, yeni hava limanından ikinci beynəlxalq uçuşdur. İlk xarici uçuş isə Şimali Kipr Türk Cümhuriyyətinə olmuşdu.


Daha çox xəbər

Şərh yaz