Axtarış...

Astara Gömrük Keçid Məntəqəsinin kafesinin keçmiş işçisinin şikayəti əsasında məhkəmə iclası başlayıb

Astara Gömrük Keçid Məntəqəsinin kafesinin keçmiş işçisinin şikayəti əsasında məhkəmə iclası başlayıb

Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İmran Abizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, İmran Abizadə və Zəkiyə Qələndərova İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə dərman gətirməkdə təqsirləndirilərək saxlanılıblar. Lakin hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, İ.Abizadə Astara Gömrük Keçid Məntəqəsininin kafesində çalışır. Z.Qələndərova isə Sabunçu rayon ərazisində saç ustası kimi fəaliyyət göstərir.

Məhkəmənin hökmü ilə İ.Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub. Z.Qələndərovanın barəsində isə şərti cəza verilib.


Daha çox xəbər

Şərh yaz