Superulduz Beyonse Azərbaycan dizayneri tərəfindən yaradılmış obrazda

Superulduz Beyonse Azərbaycan dizayneri tərəfindən yaradılmış obrazda

Dünya şou-biznesinin superulduzu Beyonse özünün Azərbaycan dizayneri Rüfət İsmayılın yeni kolleksiyasındakı obrazlardan biri kimi təsir bağışlayan fotoşəkillər və videoseriyasını “Instagram” sosial şəbəkəsində yerləşdirib.

AZƏRTAC xəbər verir ki, superulduz bu fotoşəkillərdə Rüfət İsmayılın 2019-cu il yaz-yay mövsümünün lüks idman kolleksiyasından zərif bir obraz təsiri bağışlayır.

Qeyd edək ki, Beyonse aşağıda göstərilən videoya şərhdə ABŞ vətəndaşlarını Konqresə seçkilərdə öz siyasi mövqelərini ifadə etməyə çağıraraq, abunəçiləri texaslı demokratı Beto O'Rurka səs verməyə təşviq edir.

Xatırladaq ki, Azərbaycan dizayneri Rüfət İsmayılın “Afffair” moda brendi kolleksiyaları bu gün moda dünyasında ən nüfuzlu tədbirlərdə - İtaliya, Dubay, Türkiyə, İran, Beyrut Moda Həftələrində uğurla nümayiş etdirilir. Bu dərəcədə populyarlıq qazanmış ilk və yeganə azərbaycanlı və türk dizayner olan Rüfət İsmayılın kolleksiyası dünya feşn-sənayesinin “Məkkəsi” sayılan “Pitti Uomo”da da göstərilib, “Fashion TV” kanalı isə onu Avropada 2018-ci ilin ən yaxşı dizayneri adlandırıb.

Qeyd edək ki, yaxın vaxtlarda Rüfət İsmayıl Nyu-York Moda Həftəsində Azərbaycanı uğurla təmsil edib.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət