Axtarış...

"AG Bank"hesabatını gizlədir - FOTO

"AG Bank"hesabatını gizlədir - FOTO

"AG Bank" ın cəmi kapitalı 11 milyon 787 min manat azalıb. Bundan başqa bankın məcmu kapitalı da 4 milyon 192 min manat azalıb.
"Kommersant.az" xəbər verir ki, "AG Bank"ın cəmi kapitalı hər il azalır. Belə ki, bank, 2016 -cı ilin sonunda 53 milyon 804 min manat cəmi kapitala sahib olub. 2017 -ci ilin sonunda isə bu rəqəm 6 milyon 630 min manat azalaraq 47 milyon 174 min manata, cari ilin 3-cü rübünə olan hesabatında isə 5 milyon 157 min manat (ümumilikdə 11 milyon 787 min manat) azalıb.

Bankın Gizlətdiyi Hesabat

"AG Bank"ın bu ilin 3-cü rübünə olan hesabatına əsasən bankın məcmu kapitalı 40 milyon 846 min manat olub. Bu isə 2017 -ci ilin sonuna görə 4 milyon 192 min manat azdır. 2016 -cı ilin sonuna olan hesabatında isə bank məcmu kapitalını gizlədib.

Bununla bağlı banka müraciət etsək də bank rəsmisi Fatimə Ağalarova suallarımızı cavablandırmayıb.
"AG Bank"hesabatını gizlədir - FOTO
"AG Bank"hesabatını gizlədir

Qeyd edək ki, "AG Bank" da əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 122 milyon 770 min manatdan 89 milyon 149 min manata düşüb. 33 milyon 621 min manatlıq depozit "Ag Bank"dan geri çəkilib.



Şərh yaz