Axtarış...

Havalar soyudu, yenə də “Azəristiliktəchizat” problem yaratmağa başladı... - GİLEY

Havalar soyudu, yenə də “Azəristiliktəchizat” problem yaratmağa başladı... - GİLEY

Ölkədə fərdi istilik sistemlərinin quraşdırılması işləri çoxalıb.Məlumdur ki, mərkəzləşdirilmiş sistem şəklində işləyən “Azəristiliktəchizat”dan istilik xidmətləri almaq qiymət,xərc,daha sərfəli olmalıdır.
Amma əfsuslar olsun ki,reallıqda bu heç də həmişə belə deyil
Məsələn,Bolge.tv-yə şikayət edən Nərimanov rayonu, Teymur Əliyev küçəsi 50, 52 və digər binaların sakinləri bildirlər ki, “Azəristiliktəchizat”dan verilən istilik gündə 2-3 dəfə kəsilir.

Sakinlər bildirir ki, hətta 2 ay müddətində evdə olmadıqları müddətdə qazın hesabına kifayət qədər pul yüklədikləri halda soyuqlar düşən kimi qazları kəsilir. Bunun səbəbini öyrənəndə isə onlara bildirilir ki,siz limiti keçmisiz. Vətəndaşlar bildirir ki, “Azəristiliktəchizat”ın onları istiliklə normal təchiz etmədiyi üçün onlar artıq soyuqdan əziyyət çəkməyə başlayıblar.Əksəriyyətinin evlərində xəstə,körpə uşaqlar,yaşlı insanlar olan şikayətçi vətəndaşlar “Azəristiliktəchizat” in əlaqə telefonlarına zəng edib dərdlərini onlara demək istəsələr də göstərilən əlaqə telefonları bir qayda olaraq cavab vermir. Bolge.tv


Daha çox xəbər

Şərh yaz