Axtarış...

Putinin medal verdiyi qəhrəman azərbaycanlı kimdir?

Putinin medal verdiyi qəhrəman azərbaycanlı kimdir?
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Moskvada Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunan azərbaycanlı həkim Oleq Məhərləmov haqqında məqalə yaradılıb.

Kult.az xəbər verir ki, könüllülər qəhrəmanı rusdilli oxuculara təqdim etmək üçün rus dilində olan “Vikipediya”da da məqalə yaradıblar.

Qeyd edək ki, Oleq Məhərləmov 850 nəfərin əsir götürülməsi, 170 nəfərin ölümü ilə nəticələnən Dubrovka teraktı (2002-ci il 23-26 oktyabr, Moskva Teatr Mərkəzi) zamanı əsirlərə kömək edib.

Oktyabrın 26-sı səhər 5 radələrində Rusiya xüsusi təyinatlıları zəhərli qazdan istifadə edərək, əməliyyat keçirib. 40 terrorçunun məhvinə və girov götürülən 130 tamaşaçının ölümünə yol açan teraktda əslən azərbaycanlı həkim Oleq Məhərləmov da həlak olub.



Şərh yaz