Axtarış...

Bakıda butulka ilə həmyerlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda butulka ilə həmyerlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində butulka ilə həmyerlisini öldürməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb.


Daha çox xəbər

Şərh yaz