Qatarla toqquşan avtobusda yaralanan oğlanı səhv əməliyyat etdilər - “Ayşən LTD” pul ödəməkdən İMTİNA ETDİ (VİDEO)

Qatarla toqquşan avtobusda yaralanan oğlanı səhv əməliyyat etdilər - “Ayşən LTD” pul ödəməkdən İMTİNA ETDİ (VİDEO)

Oktyabr ayının 1 də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır.

Unikal.org xəbər verir ki, xestenin anasi Sevil Salmanova bildirir ki, oğlunun ayağını 3 saylı Sabunçcu xəstəxanasında səhv əməliyyat ediblər. Belə ki, oğlu rentgendən keçərək müyyən olub ki, əməliyyat düzgün aparılmayıb. Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köcürülüb. 1 aydır ki, renimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır Ancaq xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva xərcləri ödəməkdən imtina edir.

Valideyin deyir ki, Şikayətini hansı qruma bildirsə də cavabsız qalır.

Məsələ ilə bağlı "Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva ilə əlaqə saxlanılıb. O deyir ki, indiyə kimi Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.

Qeyd edək ki, İradə Əliyeva Bakıda qatarla avtobusun toqquşması faktına görə okytabr ayının 17 də istintaqa çağırılıb, daha sonra isə sərbəst buraxılıb.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət