Axtarış...

KTMT baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib

KTMT baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib

Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bu barədə KTMK Katibliyinin bəyanatında deyilir.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının nümayəndəsi Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması proseduru müəyyən edilmiş qaydada başa çatıb", - bəyanatda bildirilir.

KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.

Xatırladaq ki, iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Y.Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana konstitusiya quruluşunun devirilməsi üzrə ittiham irəli sürülüb.



Şərh yaz