Axtarış...

Sarkisyan Lukaşenko ilə Azəbaycana silah satışından danışdı - "Məxfi söhbətimiz oldu"

Sarkisyan Lukaşenko ilə Azəbaycana silah satışından danışdı - "Məxfi söhbətimiz oldu"

Ermənistan prezidenti Armen Sarkisyan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi görüşdə Minskin Azərbaycana silah satması məsələsini müzakirə edib. Azvision.az xəbər verir ki, Minskdə səfərdə olan Ermənistan prezidenti Belarusun Azərbaycana silah satmasilə bağlı jurnalistlərin sualını cavablandırarkən bu barədə deyib.
“Biz hər şeyi müzakirə etdik. Belarusun bu və ya digər ölkəyə silah satmaq qərarına gəlincə isə, gəlin bu sualın cavabını bir kənara qoyaq. Bizim çox dostyana və məxfi söhbətimiz oldu” – Sarkisyan vurğulayıb.

Qeyd edək ki, Armen Sarkisyan Minskə səfəri çərçivəsində ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Lukaşenko Minsklə İrəvanın fərqli baxışlara sahib olmalarına rəğmən, yaxşı münasibətlərdə olduqlarını bildirib.



Şərh yaz