Axtarış...

Həbib Meyvezerlə döyüşün şərtini açıqladı

Həbib Meyvezerlə döyüşün şərtini açıqladı

Rusiya döyüşçüsü, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezerə iki döyüş keçirməyi təklif edib.

Həbib bu haqda "beIN Sports” telekanalına müsahibəsində bildirib.

Rusiyalı idmançı döyüşlərdən birinin boks, birinin isə MMA (qarışıq döyüş növləri) qaydaları üzrə keçirilməsini istəyib.

"Əgər biz Floydla döyüşməyə hazırlaşırıqsa, onda onlardan biri boks, digəri isə MMA qaydaları ilə olmalıdır”, - idmançı deyib.

Daha əvvəl UFC başçısı Deyna Uayt bildirib ki, təkbətək döyüş yalnız MMA qaydaları üzrə ola bilər.

Oktyabr əvvəlində Nurməhəmmədov amerikalı boksçunu döyüşə çağırıb və deyib ki "cəngəllikdə yalnız bir kral ola bilər”. Buna cavab olaraq amerikalı 110 milyon dollardan 200 milyon dollara qədər qonorar istəyib./publika.az



Şərh yaz