Axtarış...

Qarabağa qanunsuz səfər edən belçikalı deputatın adı "qara siyahı"ya salınacaq

Qarabağa qanunsuz səfər edən belçikalı deputatın adı "qara siyahı"ya salınacaq

"Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flaun adının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qebul olunacaq".

Bunu "Report"un sorğuausna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: "Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq".

Qeyd edək ki, Belçika parlamentinin deputatı Jan-Jak Flaunun rəhbərliyi ilə bir qrup belçikalı deputat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər ediblər. Onlar Xankəndidə separatçı rejimin rəhbərliyi ilə görüşüblər.


Daha çox xəbər

Şərh yaz